Microsoft Lumia 640 - Exchange poçt qutusunu telefonunuza əlavə etmək

background image

Exchange poçt qutusunu telefonunuza əlavə etmək
İş poçtu, əlaqələr və təqviminizə daxil olmaq üçün sizə kompüter lazım deyil. Siz telefonunuz

və Microsoft Exchange serveri arasında vacib məzmunu sinxronlaşdıra bilərsiniz.
Exchange yalnız şirkətiniz Microsoft Exchange serverinə malik olduğu halda qurula bilər.

Bundan əlavə, şirkətinizin İT inzibatçısı hesabınız üçün Microsoft Exchange-i aktivləşdirməlidir.
Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:
• Korporativ e-poçt ünvanı
• Sizin Exchange server adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin ofis şəbəkənizin parolu
Exchange server konfiqurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə

informasiya yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbənizə

müraciət edin.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > E-poçt

+Hesablar toxunun.

2. Vurun: Hesab əlavə edin > Exchange.

3. Exchange poçt ünvanınız və parolunuzu yazın və Daxil ol vurun.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

77

background image

Quraşdırma zamanı hansı məzmunun və telefonun serverlə hansı tezlikdə sinxronlaşmasını

seçə bilərsiniz. Əlavə məzmunu sinxronlaşdırmaq üçün Exchange üzrə hesab parametrlərini

dəyişdirin.