Cortana-nı quraşdırın
Cortana-ya bir az özünüz haqqında məlumat verin ki, axtardığınızı tapmaqda sizə daha yaxşı
kömək etsin.
Cortana-dan istifadə etmək üçün sizə Microsoft hesabı lazımdır.
1. Cortana nişanına toxunun.
2. Göstərilən təlimatlara əməl edin.
Sonradan parametrlərinizi, məsələn adınızı dəyişdirmək üçün vurun: > settings.
Danışıq dilini quraşdırmaq
Region və Cortana-nın versiyasından asılı olaraq, Cortana-dan istifadə etmək üçün müvafiq
danışıq dilini yükləmək və quraşdırmaq lazım ola bilər. Başlama ekranında ekranın
yuxarısından aşağı çəkin və Bütün parametrlər > Nitq seçiminə toxunun. Nitq dili seçiminin
altında dili seçin və göstərişlərə əməl edin. Əlavə məlumat üçün www.windowsphone.com
ünvanına daxil olun.
Dili quraşdırdıqdan sonra telefonun proqram təminatını yeniləmək lazımdır.