Görünüşlər və proqramlar arasında keçid
Bütün proqramlarınız başlama ekranında olmur – onları tapmaq üçün proqramlar menyusuna
çəkin. Yaxud telefonunuzda artıq nəyin icra olunduğunu yoxlayın və proqramlar arasında
keçin.
Bütün proqramları telefonunuzda görmək üçün başlama ekranında sadəcə sola çəkin. Başlama
ekranına qayıtmaq üçün sağa çəkin.
İşarə:Proqramı cəld tapmaq üçün proqramlar menyusunda istənilən hərfə toxunun və
aşağıdakı menyuda istədiyiniz proqram üçün ilk hərf və ya simvola toxunun.
Açıq proqramlara baxın, dəyişin və bağlayın
Açıq proqramlara baxmaq üçün geri düyməsinə toxunub saxlayın. Proqramı dəyişmək üçün
istədiyiniz proqrama çəkin və ona toxunun. Sizə daha lazım olmayan proqramları bağlamaq
üçün seçiminə toxunun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
23
Parametrlər menyusuna hərəkət edin
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər seçiminə toxunun.
Parametrlər qrupuna keçmək üçün istənilən parametrlər qrupu adına toxunun və istədiyiniz
qrupu seçin. Xüsusi parametri axtarmaq üçün toxunun və parametrin adını yazmağa
başlayın.