İş telefonundan istifadə
Telefonunuzda olan şirkət hesabı işinizi görməyə kömək edir.
Əgər sizin iş telefonunuz varsa, şirkətiniz telefonunuzda olan məlumatları daha təhlükəsiz
saxlayan, şirkətin daxili şəbəkəsindəki sənədlərə və məlumatlara girişi təmin edən və ya işinizi
görməyə imkan verən mərkəzlər və ya proqramların olduğu şirkət hesabı yarada bilər.
Şirkətinizə aid proqramlar varsa, şirkətin hesabını telefonunuza əlavə etdikdən sonra onları
yükləyə bilərsiniz. Hesabınızı quraşdırdıqdan sonra artıq proqramdan istifadə mümkün deyilsə,
şirkətiniz onu necə əldə etməyə dair məlumat verə bilər.
Şirkətinizin mərkəzi ona dair bütün məlumatları, məsələn, xəbərləri, xərcləri, proqramları vahid
yerdən əldə etməyə və ya şirkətin mağazasına daxil olmağa imkan verir. Mərkəzi quraşdırmaq
şirkətin proqramını quraşdırmaq kimidir – şirkətin hesabını əlavə etdikdən sonra onu əlavə
edə bilərsiniz. Şirkətiniz daha sonra mərkəz yaradarsa, onu quraşdırmaq üçün başqa bir üsul
təklif olunacaq.
Şirkət hesablarının əksəriyyəti qaydalara tabedir. Şirkətin siyasəti məxfi və ya həssas
məlumatları qorumaq üçün şirkətin telefonunuza mühafizə vasitələri əlavə etməsinə imkan
verir.
Şirkət hesabınızı qurmaq üçün başlama ekranında ekranın yuxarısından çəkin və Bütün
parametrlər > İş yeri seçiminə toxunun.
Biznes həllərinə dair ətraflı məlumat üçün aka.ms/businessmobilitycenter ünvanına daxil
olun.