Telefonunuzdakı faylları idarə etmək
Fayllar proqramı ilə siz faylları asanlıqla telefonunuzda yoxlaya, onları qovluqlarda qruplaşdıra
və sizə lazım olmayanları silə bilərsiniz. Siz həm telefonun yaddaşında, həm də yaddaş kartında
olan faylları idarə edə bilərsiniz.
Yaddaş kartı bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün
www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.
Pulsuz Fayllar proqramını www.windowsphone.com-dan yükləyə bilərsiniz. Məlumat
ötürülməsi xərcləri tətbiq oluna bilər.
Vurun: Fayllar.
1. Qovluğa keçmək üçün istədiyiniz qovluğa vurun.
2. Hazırda olduğunuz qovluqda axtarış etmək üçün vurun.
3. Faylların və ya qovluqların necə təşkil olunduğunu dəyişmək üçün vurun.
4. Əvvəlki qovluğa sürətlə keçmək üçün ekranın yuxarısında fayl yolunda istədiyiniz qovluğa
vurun.
Yeni qovluq yaratmaq
vurun, ad yazın və vurun.
Faylları başqa qovluğa daşımaq və ya köçürmək
İstədiyiniz fayla toxunub saxlayın və onunla nə etmək istədiyinizi seçin.
Qovluqları köçürmək və ya onların yerini dəyişmək mümkün deyil, lakin siz yeni yerdə yeni
qovluq yarada və köhnə qovluğun məzmununu bura köçürə bilərsiniz. Bir dəfəyə bir neçə fayl
köçürmək və ya yerini dəyişmək üçün vurun, istədiyiniz faylları seçin və yerini dəyişmək
və ya köçürmək üçün vurun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
132
Faylları və ya qovluqları paylaşmaq
vurun, paylaşmaq istədiyinizi seçin və vurub necə paylaşmaq istədiyinizi seçin.